Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
“Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycanın bir sıra tələblərini yerinə yetirməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu erməni politoloq Karen İgityan deyib.
“Sülh müqaviləsi imzalana bilər. Amma o halda ki, Zəngəzur dəhlizi açılacaq, Ermənistan (qondarma) erməni soyqırımının tanıdılması və qınanılması prosesindən imtina edəcək, İrəvan “Qarabağ səhifəsi”ni tamamilə bağlayacaq - Ermənistan Konstitusiyasını dəyişdirəcək”, - ekspert bildirib.