“İğtişaş olsa, interneti kəsəcəm” Lukaşenko

23.11.2024

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2025-ci ildə keçiriləcək prezident seçkilərindən sonra 2020-ci ildə baş verənlərə bənzər kütləvi etirazlar yenidən başlasa, ölkədə internetə çıxış tamamilə bağlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“İğtişaşlar yenidən baş verərsə, biz interneti tamamilə kəsəcəyik. Açığı, deyim ki, bu, həmişə, xüsusən də ilkin mərhələlərdə mənim icazəmlə olub”, - Lukaşenko deyib.

Qeyd edək ki, Belarusda seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью