İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

18.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyada yaşayış minimumunun və xərclərin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşların vurduğu ilkin ziyan 1,1–1,6 milyon avro arasında qiymətləndirilir. 
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın Kiçik Biznes Assosiasiyası (Unimpresa) məlumat yayıb.
Unimpresa Tədqiqat Mərkəzinin hesablamalarına görə, Milan, Boloniya, Turin və Berqamodakı toqquşmalar nəticəsində dəyən orta ziyan təxminən 1,3 milyon avro təşkil edir. Məbləğin dörddə üçü ticarət obyekti və ictimai iaşə müəssisələrinin payına düşür (maddi ziyan və itirilmiş gəlir). Qalan hissə isə ictimai əmlaka və şəhər infrastrukturuna dəyən zərərdir.
 

Polisin son məlumatına görə, ölkə üzrə iğtişaşlarda iştirak edən 197 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, 28 nəfər (o cümlədən 12 azyaşlı və 6 xarici vətəndaş) həbs edilib, daha 43 nəfər məsuliyyətə cəlb olunub.


Məlumata görə, toqquşmalar zamanı xəsarət alan hüquq-mühafizə orqanı əməkdaşlarının ümumi sayısı 141 nəfərə çatıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью