Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan İkinci Liqasında II turun ilk oyun gününə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, günün açılış matçında “Qaradağ Lökbatan” öz meydanında “Şirvan”ı qəbul edib. Beş qolun vurulduğu gərgin qarşılaşma qonaqların 3:2 hesablı üstünlüyü ilə başa çatıb.
Günün digər görüşündə isə “Ağdaş” doğma azarkeşləri önündə “Şəmkir”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini vurulan bir qol həll edib və səfər komandası 1:0 hesabı ilə qələbə qazanıb.
Azərbaycan İkinci Liqası
II tur
7 sentyabr
“Qaradağ Lökbatan” – “Şirvan” 2:3
Qollar: R. Quliyev, 18; Ç. Məmmədov, 49; İ.İbrahimli, 35; İ.Zeynallı, 55 (pen.); E.Məmmədov, 62.
“Ağdaş” – “Şəmkir” 0:1
Qol: C. Əsədzadə, 78.
İkinci Liqada II tura sentyabrın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.