II Liqa: Ağstafada 12 qol

01.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan II Liqasında IX tura start verilib.

Futbolpress.az xəbər verir ki, Ağstafa şəhər stadionunda mövsümün ən böyükhesablı nəticələrindən biri qeydə alınıb. “Ağstafa Gəncləri” doğma azarkeşləri önündə “Şəki” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin mütləq üstünlüyü şəraitində keçib və “Ağstafa Gəncləri” rəqibini 11:1 hesabı ilə darmadağın edib. Qarşılaşmanın qəhrəmanı 5 qola imza atan E. Qasımov olub. Meydan sahiblərinin digər qollarını C. İmamverdiyev, E. Namazov, F. Osmanov və Y. Hüseynov vurublar. Qonaqların təsəlli qoluna isə 58-ci dəqiqədə E. Hacıbabayev imza atıb.

Qeydə alınan nəticə:

Azərbaycan II Liqası

IX tur

Ağstafa Gəncləri – Şəki 11:1

Qollar: E. Qasımov, 7, 28 (pen.), 33, 42, 63, C. İmamverdiyev, 8, 44, E. Namazov, 13, 89, F. Osmanov, 17, Y. Hüseynov, 55 – E. Hacıbabayev, 58

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью