II Liqa: Amildən poker, “Marafon”dan inamlı qələbə

20.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan II Liqasında 4-cü turun növbəti matçları keçirilib.

Futbolpress.az xəbər verir ki, sentyabrın 20-nə nəzərdə tutulan iki qarşılaşma artıq yekunlaşıb.

Günün ilk matçında Şirvan OİK stadionunda “Şirvan” komandası “Şəki”ni qəbul edib. Görüşdə meydan sahibləri rəqibini 6:0 hesabıyla darmadağına edib. Qarşılaşmada 5-ci, 13-cü, 28-ci və 76-cı dəqiqələrdə fərqlənən A. Yunanov pokerlə yadda qalıb.

Günün digər qarşılaşmasında isə Şamaxı OİK stadionunda “Marafon” və “Ağstafa Gəncləri” üz-üzə gəliblər. Matçda “Marafon” 2:1 hesablı üstünlüklə ayrılıb.

15:30 “Şirvan” — “Şəki” 6:0

Qollar: A. Yunanov, 5, 13, 28, 76, Ç. Məmmədov, 38, E. Məmmədov, 42

Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.

Şirvan OİK stadionu

16:00 “Marafon” — “Ağstafa Gəncləri” 2:1

Qollar: E. Quluzadə, 23, F. Nadirov, 38 — R. Süleymanov, 56

Hakimlər: Rasim Musayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Hacıağa Həsənov.

Şamaxı OİK stadionu

Bu gün keçirilən oyunlardan sonra turnir cədvəli aşağıdakı kimidir:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью