II Liqa: Çempion müəyyənləşdi YENİLƏNİB

21.05.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümünün çempionu bəlli olub.

Apasport.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçirilib.

Lider "Şahdağ Qusar" "Dinamo"nun qonağı olub.

Gərgin keçən qarşılaşmanın qalibi müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 72-yə çatdıran "Şahdağ Qusar" çempion titulunun sahibi olub.

Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib. 

21 may (çərşənbə) 

17:00.“Şəmkir” – “Şəki Siti” 2:0

Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov

Şəmkir OİK stadionu

17:00.“Araz Saatlı” – “Hypers Guba” 0:2

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli

Saatlı OİK stadionu

17:00.“Dinamo” – “Şahdağ Qusar” 0:0

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov

Binə qəsəbə stadionu

17:00.“Qusar” – “Şəfa” 0:9

Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov

Neftçi Futbol Mərkəzi (IV meydança)

Azərbaycan - Macarıstan matçının hakimləri açıqlanıb Amit Quluzadə 5 oyunluq cəzalanıb "Sumqayıt"ın yarımmüdafiəçisi yığmaya dəvət alıb "Sabah"ın legioneri milliyə çağırılıb Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью