II Liqa: Dinamo 5 ci yeri təmin edə biləcək?

12.05.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan II Liqasında 26-cı tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Binədə baş tutacaq.

Günün yeganə qarşılaşmasında ilk "6-lıq"da qərarlaşan "Dinamo" ilə "Şəmkir" münasibətlərinə aydınlıq gətirəcək. "Nazirlik təmsilçisi" qonaqları əliboş yola salmağı bacarsa, sona bir tur qalmış mövsümü azı 5-ci yerdə başa vuracağını rəsmiləşdirəcək. 

Turun əvvəlki oyunlarında "Araz Saatlı" "Ağstafa Gəncləri"ni (3:0), "Göygöl" "Şəki Siti"ni (2:1), "Ağdaş" "Kür Araz"ı (2:1), "Xankəndi" "Şirvan"ı (4:0), "Qaradağ Lökbatan" isə "Quba"nı (3:0) üstələyib.

Azərbaycan II Liqası
26-cı tur
12 may 

17:00. “Dinamo” – “Şəmkir”
Hakimlər: Səbuhi Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью