II Liqa klubları cərimələndi | Icma.az
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sport24.az xəbər verir ki, toplantıda II Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: "Füzuli" – "Saatlı-Araz" oyununda "Saatlı-Araz" komandasında 4 nəfər sarı vərəqə aldığına görə "Saatlı-Araz" komandası 70 manat cərimə edilir (maddə 37); "Lerik" – "Kür-Araz" oyununda "Lerik" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Lerik" komandası 70 manat cərimə edilir (maddə 37); "Ağdaş" – "Şahdağ Qusar" oyununda "Ağdaş" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Ağdaş" komandası 150 manat cərimə edilir (maddə 52.2); "Göygöl" – "Şəfa" oyununun 83-cü dəqiqəsində "Göygöl" komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, "Göygöl" komandasl 200 manat cərimə edilir (maddə 43.1); "Göygöl" – "Şəfa" oyunu Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün "Göygöl" komandası 100 manat cərimə edilir (maddə 72.4).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu