II Liqa klubları cəzalandı

06.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqa ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

03.10.2026-cı il tarixində II Liqada VI turun “Qaradağ Lökbatan”– “Zəngəzur” oyununun fasiləsində “Qaradağ Lökbatan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qaradağ Lökbatan” komandası 300 manat cərimə edilsin (maddə 86.3);

03.10.2026-cı il tarixində II Liqada VI turun “Qaradağ Lökbatan”– “Zəngəzur” oyununun 90-cı dəqiqəsində “Zəngəzur” komandasının 11 nömrəli futbolçusu Tural Qurbatov ikinci sarıdan qırmızı aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

03.10.2026-cı il tarixində II Liqada VI turun “Şəki”– “Şəmkir” oyununda “Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəki” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);

03.10.2026-cı il tarixində II Liqada VI turun “Şəki”– “Şəmkir” oyununda “Şəmkir” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Şəmkir” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Hypers”– “Marafon” oyununda “Hypers” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Hypers”– “Marafon” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Hypers” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Hypers”– “Marafon” oyununda “Marafon” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Marafon” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Ağdaş”– “Dinamo” oyunu Təcili Tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Ağdaş”– “Dinamo” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Şirvan”– “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şirvan” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

04.10.2026-cı il tarixində II Liqada VI turun “Şirvan”– “Difai” oyununun 77-ci dəqiqəsində “Difai” komandasının 90 nömrəli futbolçusu Ayxan Qaracayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Difai” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью