II Liqa klubları cəzalandı | Icma.az
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq. AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXII turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: “Dinamo” – “Sheki City” oyununun 90+3-cü dəqiqəsində “Dinamo” klubunun 19 nömrəli futbolçusu Əlibala Ağayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” klubu 100 manat cərimə edilsin (maddə 41); “Şahdağ Qusar” – “Ağdaş” oyununun matçöncəsi iclasında “Ağdaş” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Ağdaş” klubu 80 manat cərimə edilsin (maddə 73.1); “Şahdağ Qusar” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun cəzalı baş məşqçisi Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilsin (maddə 43.4); “Şimal” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilsin (maddə 37); “Şimal” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” klubunun 44 nömrəli futbolçusu Elşad Mirzəyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Şəmkir” klubu 80 manat cərimə edilsin (maddə 42.1); “Şimal” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” klubunun üzvləri tərəfindən paltardəyişmə otağının qapısı sındırıldığı üçün stadiona dəymiş zərər “Şəmkir” klubu tərəfindən ödənilsin (maddə 54).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu