II Liqa klubuna lisenziya verildi

21.05.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda "Ağdaş" klubu tərəfindən daxil olmuş apellyasiya müraciətinə ("Ağdaş"a Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, II Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.

Müzakirələrdən sonra adıçəkilən kluba 2026/2027 mövsümündə II Liqa yarışlarında iştirak etməsi üçün lisenziyanın verilməsi qərara alınıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью