II Liqa klubunda seminar

22.04.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA Hakimlər Komitəsi II Liqada çıxış edən “Şimal” klubunun məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью