II Liqa: Lider Vüqar Nadirovlu Şəmkir lə qarşılaşır

20.10.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan II Liqasında 6-cı tur start götürəcək.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 matç baş tutacaq. 

Görüşlərdən ikisi saat 14:00-da başlayacaq. "Göygöl" "Ağstafa Gəncləri"ni, "Kür-Araz" isə "Quba"nı qonaq edəcək.

Günün son qarşılaşmasında lider "Qaradağ Lökbatan"la iddialılardan olan "Şəmkir" üz-üzə gələcək. Vüqar Nadirovun komandası ev oyunundan qalib ayrıla bilsə, lökbatanlılarla xallarını bərabərləşdirəcək və azı bir günlük şərikli liderliyə yiyələnəcək.

Qeyd edək ki, turun 3 oyunu (“Araz Saatlı” – “Xankəndi”, “Ağdaş” – “Şəki Siti”, “Şirvan” – “Dinamo”) sabah keçiriləcək.

Azərbaycan II Liqası
6-cı tur
20 oktyabr 

14:00. “Göygöl” – “Ağstafa Gəncləri”
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Kür-Araz” – “Quba”
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

14:30. “Şəmkir” – “Qaradağ Lökbatan”
Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью