II Liqa: Lökbatanda darmadağın, Saatlıda 8 qol

21.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan II Liqasında IV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, günün ən böyükhesablı qələbəsini “Qaradağ Lökbatan” qazanıb. Lökbatan təmsilçisi öz evində “Şəmkir”in qapısından 7 cavabsız top keçirib.

Digər görüşlərdə “Difai” səfərdə 8 qolun vurulduğu gərgin matçda “Kür-Araz”ı 5:3 hesabı ilə məğlub edib. “Zəngəzur” “Ağdaş”a (2:0), “Dinamo” isə “Hypers”ə (2:1) səfərdə qalib gələrək 3 xalı aktivinə yazdırıb.

Qeydə alınan nəticələr:

Azərbaycan II Liqası

IV tur

“Hypers” – “Dinamo” 1:2

Qollar: C.Rəcəbli, 8 – N.Muradlı, 49, Z.Məmmədli, 52

“Ağdaş” – “Zəngəzur” 0:2

Qollar: R.Voronsov, 79, T.Qurbatov, 83

“Kür-Araz” – “Difai” 3:5

Qollar: S.Həsənov, 8, B.Əliyev, 11, 38 – A.Xəlilzadə, 40, M.Abasov, 44, A.Qaracayev, 77, E.Ağalarov, 90+1, M.Məmmədov, 90+7

“Qaradağ Lökbatan” – “Şəmkir” 7:0

Qollar: R.Quliyev, 15, Ə.Əlizadə, 18, 84, R.Orucov, 20, Ə.Hacılı, 65, 76, K.Mahmudov, 89

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью