II Liqa: Qaradağ Lökbatan vahid lider ola biləcək?

15.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Azərbaycan II Liqasında XIII tur start götürür. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 matç baş tutacaq. 

Görüşlərdən ikisi eyni vaxtda - saat 14:00-da, digəri yarım saat gec başlayacaq. 

Əvvəlcə şərikli lider "Qaradağ Lökbatan" "Şəki Siti"ni sınağa çəkəcək. Qəzənfər Abbasovun komandası meydandan xal(lar)la ayrılsa, azı bir günlük vahid liderliyi ələ alacaq. "Araz derbisi"ndə “Araz Saatlı” ilə “Kür-Araz” münasibətlərinə aydınlıq gətirəcəklər. 

Günün son matçında isə "Şəmkir" "Quba"nı qonaq edəcək.

Azərbaycan II Liqası
XIII tur
15 dekabr

14:00. “Araz Saatlı” – “Kür-Araz”
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Sadiq Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Qaradağ Lökbatan” – “Şəki Siti”
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

14:30. “Şəmkir” – “Quba”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью