II Liqa: Sabirabadda zirvə savaşı

03.11.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Bu gün keçiriləcək 3 oyunla II Liqada 9-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Zəngəzur" "Şəmkir"i, "Dinamo" isə "Şirvan"ı qəbul edir.

Turun mərkəzi qarşılaşması isə Sabirabadda baş tutacaq. 8 turdan sonra aktivində 20 xal olan "Marafon" bir xal çox toplayan "Qaradağ Lökbatan"ı qonaq edir.

Qeyd edək ki, turun digər oyunlarında "Ağstafa Gəncləri" "Şəki"ni (11:1), "Difai" "Hypers"i (3:1) məğlub edib, "Ağdaş" - "Kür-Araz" görüşündə heç-heçə qeydə alınıb - 1:1. 

II Liqa

IX tur


11.00. "Zəngəzur" - "Şəmkir"

Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.

14:30. "Marafon" - "Qaradağ Lökbatan"
Hakimlər:
İslam Məmmədov, Ruslan Babayev, İlkin Mustafazadə, Kamil Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sabirabad. "Marafon Arena".

15:30. "Dinamo" - "Şirvan"
Hakimlər: Fəridə Lütfəliyeva, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью