II Liqa: Şəmkir dən ardıcıl 4 cü qələbə, Füzuli sonuncu yerdən qurtuldu

07.03.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə Azərbaycan II Liqasında 15-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. 

"Füzuli" öz meydanında "Şəki Siti"yə, "Şəmkir" isə "Göygöl"ə qalib gəlib. Vüqar Nadirovun komandası ardıcıl 4-cü qələbə sayəsində 6-cı yerə yüksəlibsə, "Füzuli" sonuncu pillədən qurtulub.

II Liqa
XV tur
7 mart

"Füzuli" - "Şəki Siti" 2:1
Qollar:
Elgün Abbaslı, 11-pen. Samurxan Aslanxanov, 13 - Tural Məmmədzadə, 64.
Qırmızı vərəqə: E.Əliyev, 80 ("Füzuli")

"Şəmkir" - "Göygöl" 1:0
Qol:
Ceyhun Rəcəbli, 66.

Turun 5-6 martda keçirilən görüşlərinin nəticələri:

"Kür-Araz" - "Şəfa" 0:4
"Dinamo" - "Qusar" 3:0
"Lerik" - "Hypers Guba" 0:3
"Saatlı-Araz" - "Ağdaş" 2:0
"Şimal" - "Şahdağ Qusar" 0:1

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью