II Liqa: Şəmkir və Marafon azarkeşlərini sevindirdi

23.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

II liqada 12-ci turun iki oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Şəmkir" Elşən Abdullayevin dublu iə "Ağdaş"ı 2:0, "Marafon" səfərdə "Difai"ni 3:0 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində xallarını 10-a çatdıran "Şəmkir" turnir cədvəlinin doqquzuncu pilləsinə yüksəlib. "Ağdaş" isə 4 xalla 11-ci yerdədir. "Marafon" 26 xalla ikinci, aktivində 11 xal olan "Difai" isə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qaradağ Lökbatan" "Şirvan"ı (1:0), "Kür-Araz" "Şəki"ni (3:1), "Hypers" isə "Ağstafa Gəncləri"ni (2:0) hesabı ilə məğlub edib. "Zəngəzur"un UEFA Regionlar Kubokunda iştirakı ilə əlaqədar "Dinamo" ilə qarşılaşması təxirə salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью