II Liqa uğrunda pley off görüşünün vaxtı müəyyənləşdi

27.05.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

2026/2027-ci illər mövsümü üzrə II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Görüş 29 may saat 16:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq olunacaq.

Görüş PFL-in və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

29 may 

II Liqa uğrunda pley-off oyunu 

“Biləsuvar” – “Ağstafa Gəncləri”

Yevlax şəhər stadionu, 16:00 ("CBC Sport"/canlı)

“Şamaxı”da növbəti ayrılıq - RƏSMİ “Mingəçevir”in böyük üstünlüyü "Sabah" kapitanını komandada saxladı - RƏSMİ İranlı forvard “Şəfa”nı tərk etdi - ÖZƏL Millimizin açıq məşqi və brifinqi olacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью