II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı | Icma.az
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu gün Azərbaycan İkinci Liqasında 21-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç keçirilib. Görüşlərin ikisində qapılara 5, birində 6 qol vurulub.
"Füzuli" evdə "Ağdaş"ı minimal, "Şimal" səfərdə "Araz Saatlı"nı böyük hesabla məğlub edib.
Turun son oyununda ortabablardan olan "Kür-Araz"ı Tovuzda qonaq edən "Şəmkir" 3 xalı 6 cavabsız qolla qazanıb.
Bu qələbə sayəsində Vüqar Nadirovun komandası "Haypers Quba"nı 4-cü yerdən sıxışdıraraq ilk "üçlüy"ün arxasında qərarlaşıb.
Turun qalan oyunlarının nəticələri: Göygöl - Şahdağ Qusar 0:2 Haypers Quba - Şəfa 1:5 Şəki Siti - Qusar 0:1 Lerik - Dinamo 1:2 İkinci Liqa 21-ci tur 16 aprel Füzuli – Ağdaş 3:2 Qollar: E.Abbaslı, 60-pen; 76-pen.
Ə.Əliyev, 90+5 - E.Süleymanov, 42. T.Yusifli, 90+4. Araz Saatlı – Şimal 1:4 Qollar: E.Səmədov, 28-pen. - P.Azadov, 4. T.Nəsibov, 38.
V.Əzizli, 40-öz qapısına. C.Kəlbəliyev, 44. Şəmkir – Kür-Araz 6:0 Qollar: V.Cəfərov, 12-pen; 33; 54; 90. C.Rəcəbli, 29. Ü.Nağdalıyev, 45+1.
Tam oxu
Xəbəri oxu