II Liqada 11 ci tur başa çatdı

17.11.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün keçirilən bir oyunla II Liqada 11-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, günün yeganə matçında "Dinamo" "Şəmkir"i qonaq edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində xallarını sayını 15-ə çatdıran paytaxt təmsilçisi turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Şəmkir" isə 10 xalla doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Marafon" "Şəki"ni 5:0, "Ağstafa Gəncləri" "Difai"ni 3:0, "Şirvan" "Ağdaş"ı 5:0, "Qaradağ Lökbatan" "Kür-Araz"ı 7:1 hesabı ilə məğlub edib, "Zəngəzur" - "Hypers"lə qarşılaşmasında isə qalib müəyyənləşməyib - 2:2. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью