futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni mövsümdə II Liqada mübarizə aparacaq “Marafon” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, komanda Ülvi İbazadəni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İbazadə son olaraq MOİK-də çıxış edib.
“Marafon” ötən mövsüm Region Liqasında gümüş medal qazanıb və II Liqaya vəsiqə əldə edib.