II Liqada Qusar derbisi baş tutmayıb

18.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II Liqanın XIII turunun bir oyunu baş tutmayıb. Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu gün keçirilməli olan "Qusar" – "Şahdağ Qusar" qarşılaşması oynanılmayıb. Buna nominal meydan sahibi komandanın görüşə gəlməməsi səbəb olub. Bu oyunun nəticəsi ilə bağlı hüquqi qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, Qusar derbisi saat 15:00-da başlamalı idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью