Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.
Futbolpress.az xəbər verir ki, II Liqanın 13-cü sırasında mövsümü bitirən “Lerik” Region Liqasının gümüş medalçısı “Şirvan”la qarşılaşacaq. “ASCO Arena”da baş tutacaq oyuna saat 16:00-da start veriləcək.
Qələbə qazanan tərəf yeni mövsümdə II Liqada mübarizə aparacaq.