II Qaregin Paşinyanı tövbə etməyə çağırdı

02.06.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bütün ermənilərin katolikosu II Qaregin iyunun 2-də jurnalistlərlə görüşdə onunla görüşmək istəsə, Nikol Paşinyanı qəbul edib-etməyəcəyi barədə suala cavab verib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

"Onun gəliş məqsədini dərk etməliyik. Günah törətmiş hər kəs etdiyi səhvlərə görə tövbə etməlidir”, - katalikos deyib. Qaregin bildirib ki, o halda və Uca Yaradan tərəfindən bağışlanar.

Hələlik Paşinyanın katalikosa cavabı məlum deyil.

Qeyd edək ki, N.Paşinyan II Qaregini kilsə andını pozmaqda və uşaq sahibi olmaqda ittiham edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью