II Qaregin və bütün əsabələrinə qarşı CİNAYƏT İŞİ

29.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bütün Ermənilərin Katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin altı iyerarxına qarşı cinayət işi məhkəməyə göndərilib.

Bütün Ermənilərin Katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin altı iyerarxına qarşı cinayət işi məhkəməyə göndərilib.

Bütün Ermənilərin Katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin altı iyerarxına qarşı cinayət işi məhkəməyə göndərilib. “Cebheinfo.az” xəb verir ki, Ermənistan Baş Prokurorluğu prokurorun ittiham aktını təsdiqlədiyini və materialları məhkəməyə göndərdiyini bildirib.

“Datalex” məhkəmə informasiya sistemindəki məumata görə, iş üzrə təqsirləndirilən şəxslər arasında Ali Ruhani Şuranın sədri, Bütün Ermənilərin Katolikosu II Qaregin Nersisyan;, Ali Ruhani Şuranın üzvləri, Müqəddəs Eçmiədzin Ana Taxtının Xarici Əlaqələr və Protokol şöbəsinin müdiri Arxiyepiskop Natan Ovannisyan, Avstraliya və Yeni Zelandiya Erməni Yeparxiyasının Primatı, arxiyepiskop Haikazun-Vrej Najarian, Müqəddəs Eçmiədzin Ana Taxtında Ruhanilər və Gənclər Təlimi Proqramının direktoru yepiskop Vahan Ovannisyan, Sünik Yeparxiyasının Primatı, yepiskop Edqar Hakobyan, Müqəddəs Eçmiədzin Ana Taxtının İnzibati və İqtisadi Departamentinin direktoru yepiskop Nelson Babayan və Qoqark Yeparxiyasının Primatı, yepiskop Artur Hakobyanın adı var.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 507-ci maddəsinin 2-ci hissəsi ilə "vəzifə səlahiyyətlərindən istifadə etməklə yekun məhkəmə aktının icrasına mane olmaq"da ittiham olunurlar.

İşə hakim Hakob Manukyanın sədrliyi ilə baxılacaq.
Cinayət işi yepiskop Gevorq Saroyanın Erməni Apostol Kilsəsinin Masiatsotn Yeparxiyasının Primatı vəzifəsindən azad edilməsi ilə bağlıdır. 

İttiham aktına görə, 15 yanvar 2026-cı ildə Saroyan katolikos II Qareginin vəzifədən azad edilməsi ilə bağlı 10 yanvar tarixli əmrinin etibarsız hesab edilməsi və vəzifəsinə bərpası tələbi ilə iddia qaldırıb.

16 yanvarda Armavir Regional Baş Yurisdiksiya Məhkəməsi iddianı qəbul edib və müvəqqəti tədbirlər barədə vəsatət təmin olunub. Erməni Apostol Kilsəsinə və digər şəxslərə yekun qərar çıxarılana qədər Saroyanın yeparxiyanın rəhbəri vəzifələrinə, o cümlədən maliyyə resurslarının idarə edilməsi və maliyyə əməliyyatlarının aparılması vəzifələrinə müdaxilə etməmək tapşırılıb.

Məhkəmənin qərarına əsasən icra icraatı başlanıb. Müvafiq sənədlər 19 yanvarda Arxiyepiskop Natan Ovannisyan vasitəsilə Müqəddəs Eçmiədzin Ana Taxtına təqdim edilib.

Daha sonra Ali Ruhani Şura katolikosa Gevorq Saroyanın vəzifədən azad olunmasını təklif edib və bundan sonra II Qaregin müvafiq qərar verib. İttiham tərəfinin fikrincə, bununla da II Qaregin yekun məhkəmə qərarının icrasına mane olub.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью