II Qaregini cəza gözləyir Məhkəməyə çıxarıldı

07.08.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün Armavir Regional Birinci İnstansiya Məhkəməsində bütün ermənilərin katolikosu II Qareginə qarşı məhkəmə prosesinə başlanılıb.

"Bakupost" xəbər verir ki, işə Armavir Regional Birinci İnstansiya Məhkəməsinin hakimi Hakob Manukyan baxır.

Təqsirləndirilən şəxslər arasında katolikosla yanaşı, daha altı arxiyepiskop və yepiskop da var.

Qeyd edək ki, II Qareginə qarşı dini rütbədən məhrum edilmiş sabiq yepiskop Arman (Gevork) Saroyanın iddiası üzrə məhkəmə qərarının və təminat tədbirinin icrasına mane olmaq ittihamı irəli sürülüb.

Rüfət Sultan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью