II Qareginin başı bəlada: Həbsinə hazırlıq gedir

30.01.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistan İstintaq Komitəsi Erməni Apostol Kilsəsinə qarşı cinayət işi açıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə vəkil Ruben Melikyan açıqlama verib. 

Vəkil bildirib ki, cinayət işinin açılmasında məqsəd Bütün Ermənilərin Katalikosu II Qareginin Ermənistandan çıxışına qadağa qoymaq və arxiyepiskopların Avstriyada keçiriləcək yığıncağını pozmaqdır.

Xatırladaq ki, ötən həftə II Qareginə cinayət işinin açıldığı barədə məlumat yayılsa da Ermənistan Baş Prokurorluğu bu xəbəri təkzib etmişdi.

Eyni zamanda Baş Prokurorluq bu məsələnin istintaq sirri olduğunu və araşdırma aparıldığını bildirmişdi.

Ona görə də Erməni Apostol Kilsəsi ilə bağlı başladılan cinayət təqibinin tezliklə II Qareginə qarşı yönəldiləcəyi gözlənilir.  

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью