II Qareginin qohumunun həbs müddəti uzadılıb

26.01.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda məhkəmə Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin qohumu olan yepiskop Mkrtıç Proşyana qarşı həbs qətimkan tədbirini bir ay müddətinə uzadıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Eyni zamanda, məhkəmə onun bütün görüş məhdudiyyətlərini aradan qaldırıb. Hakim üç aylıq həbs tələb edən prokurorun vəsatətini qismən yerinə yetirib.

Proşyan və Araqatsotn yeparxiyasının dəftərxana rəhbəri Qaregin Arsenyan 2025-ci ilin oktyabrında həbs ediliblər. Daha sonra Arsenyan ev dustaqlığına buraxılıb. Onlara "keşişləri mitinqlərdə iştirak etməyə məcbur etmək" və "əmlak oğurluğu" ilə bağlı ittihamlar irəli sürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью