II Ramzes dövrünə aid məbədin qalıqların tapdılar

16.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Misirin Təll Əbu Seyfi ərazisində II Ramzes dövrünə aid Hor məbədinin qalıqları aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin Turizm və Tarixi Abidələr Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qazıntılar zamanı üzərində kral titulları həkk olunmuş daş giriş, ibadətgah sahəsi, anbarlar və müxtəlif dövrlərə aid heykəllər üzə çıxarılıb.

Məbədin özünün “qızıl dövrünü” Ptolemeylər erasında yaşadığı, Roma dövründə isə kazarma və karxana kimi istifadə edildiyi bildirilir.

Kəşf Misirin şərq sərhədlərinin qədim hərbi tarixini bərpa etməyə imkan verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью