II Təhsil Menecerləri Forumu keçirilir

14.12.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün, dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində II Təhsil Menecerləri Forumu (TMF) keçirilir. SİA xəbər verir ki, forumda 400-dən çox iştirakçı qeydə alınıb. Tədbirdə təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsidir.

Qeyd edək ki, forumun media dəstəkçiləri Azərbaycan Dövlət Televiziyası və “Səs” İnformasiya Agentliyidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью