Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sentyabrın 26–27-də II Türkiyə Kino Festivalı baş tutacaq.
Kulis.az xəbər verir ki, festival çərçivəsində 75 ərazidəki 1500-ə yaxın salonda 17 yerli və xarici film nümayiş olunacaq.
Kino salonlarına marağı artırmaq və mədəniyyətə əlçatanlığı təmin etmək məqsədi daşıyan festivalın proqramında "Avengers: Endgame", "Toy Story 5", "Spider-Man: Brand New Day" və "Odyssey" kimi məşhur ekran işləri yer alıb.
Qeyd edək ki, ötən il ilk dəfə təşkil olunan festivalı 780 mindən çox tamaşaçı izləmişdi.