III Beynəlxalq Ailə Hüququ Konfransı keçiriləcək

15.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

4 sentyabr 20206-cı ildə Bakı şəhərində İnjuria Hüquq Platforması, Çağ Universiteti, Beynəlxalq Ailə Hüququ İnstitutu və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşkilatçılığı ilə III Beynəlxalq Ailə Hüququ Konfransı keçiriləcək.

Konfransın təşkil olunmasının əsas məqsədi ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həm akademik, həm də nəzəri-praktik yanaşmalar əsasında təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Hüquq və İnsan Haqları İnstitutunda baş tutacaq konfrans çərçivəsində ailə hüququnun aktual məsələləri, o cümlədən uşaq hüquqlarının müdafiəsi, qadın hüquqları, mediasiyanın tətbiqi, məhkəmə və mediasiya institutları arasında qarşılıqlı əlaqə, eləcə də transsərhəd ailə mübahisələri müzakirə olunacaq.

Konfransda dövlət qurumlarının nümayəndələrinin, TR Arabuluculuk Kurumu üzvlərinin, vəkillər və hüquqşünas alimlərin iştirakı nəzərdə tutulur.

Konfransda iştirak ödənişsizdir. Yerlərin sayının məhdud olması səbəbindən qeydiyyatdan keçmiş yalnız ilk 40 nəfər tədbirə dəvət olunacaq. Digər şəxslər tədbirə hibrid formada qoşula bilərlər.

Tədbirdə iştirak etmək istəyənlər  https://forms.gle/gSbqpCcciFzYPPbK8  linki vasitəsiylə qeydiyyatdan keçə bilərlər.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью