III Beynəlxalq Türkoloji Konqresə yekun vurulub | Icma.az
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə keçirilən "Türk dünyasında milli kimlik və mədəni irs" mövzusunda III Beynəlxalq Türkoloji Konqresin bağlanış mərasimi olub.
SİA-nın məlumatına görə, AMEA-dan bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə əvvəlcə Çankırı Karatekin Universitetinin rektoru professor Harun Çiftçinin videoçıxışı konqres iştirakçılarının diqqətinə çatdırılıb.
O, ortaq mədəni dəyərlərin qorunması, türk xalqları arasında əməkdaşlığın inkişafı, eləcə də Türk dünyasının ortaq elmi mövzularının müzakirəsi baxımından konqresin önəmini vurğulayıb.
Daha sonra tanınmış türkoloq, tarix elmləri doktoru Süleyman Kayıpov, türkmənistanlı türkoloq alim Narbibiş Şammayeva, AMEA Folklor İnstitutunun direktoru vəzifəsini icra edən dosent Afaq Ramazanova, türkiyəli akademik Sacide Çobanoğlu və digərləri çıxış edərək konqresin Türk dünyasının öz məfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsi istiqamətində faydalı olacağını bildiriblər.
Tədbirə yekun vuran AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konqresin bir çox cəhətdən əhəmiyyətli olduğunu söyləyib.
O, III Beynəlxalq Türkoloji Konqresi Türk dünyasının bütövlüyünün, tamlığının və daha da möhkəmlənməsinin ən mühüm nəticələrindən biri kimi yüksək qiymətləndirib.
Qeyd edib ki, bundan sonra da Türk dünyasının elmi-mədəni inteqrasiyasının genişlənməsinin təmin edilməsi istiqamətində bütün səylər səfərbər olunacaq.
Tam oxu
Xəbəri oxu