III Çarlzın səhhəti pisləşib?

11.01.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kral III Çarlzın xərçəngdən əziyyət çəkdiyi bir ildən çoxdur ki, ictimaiyyətə məlumdur.

Axşam.az xəbər verir ki, bu günə kimi saray bununla bağlı geniş açıqlama yaymayıb. Son zamanlar internetdə monarxın mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi, bu növ xəstəliyin ölümcül olması ilə bağlı şayiələr yayılıb. Bununla əlaqədar olaraq, "Radar Online" yazır ki, kral işləri oğlu Uilyama təhvil verməyə hazırlaşır.

Üstəlik, hökmdara ən kiçik varisi Harrini vəsiyyətdən çıxarmaq tövsiyə olunub.

 "Kral dairələrində çoxları onun heç bir işə yaramadığını deyib" deyə, insayder bildirib. 

Qeyd edək ki, Uilyamın yaxın zamanda tacqoyması ilə bağlı söhbətlər artıq İngiltərədə yayılmağa başlayıb. III Çarlzın zəifləmədən əvvəl təqaüdə çıxmağı planlaşdırdığı deyilir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью