III Gəncə kitab sərgisi keçirilir AZƏRTAC

06.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 6 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə kitab sərgisinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən ziyalılar, ədiblər, naşirlər kitaba və mütaliəyə marağın artırılması baxımından bu cür tədbirlərin təşkilinin böyük önəm daşıdığını bildiriblər.

Bu sərgi son 4 ildə ölkədə reallaşan 17-ci belə tədbirdir. Sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edir. Sərgi çərçivəsində panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqramın təşkili nəzərdə tutulub. Həmçinin sərgidə 90 faizədək endirim tətbiq edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью