III MDB Oyunları: 14 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaq

30.09.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

III MDB Oyunlarının beşinci günündə 7 idman növü üzrə yarışlar keçiriləcək.

Apasport.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Mərkəzində taekvondo yarışlarında növbəti qaliblərin adları müəyyənləşəcək.

Azərbaycan idmançıları aşağıdakı çəki dərəcələrində mübarizə aparacaqlar:

Kişilər
58 kq: Fuad Məhərrəmli, Məhəmməd Həsənli
68 kq: Vasif Səlimov, Vaqif Hacıyev
80 kq: Rza Əsədli, Əli Əsədullayev
+87 kq: Həmzə Məmmədov, Xan Məmmədzadə

Qadınlar
49 kq: Səmərrux Osmanova, Zemfira Həsənzadə
57 kq: Nigar Abdullayeva, Leyla Bəşirova
67 kq: Zemfira Aslanova, Nərmin Ənsari

Qeyd edək ki, taekvondoçularımız III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medal qazanmışdılar.

Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb - VİDEO III MDB Oyunları: 5 taekvondoçumuz finalda - FOTO Taekvondo millimizdən 3 medal Karateçimiz "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb - FOTO Azərbaycan taekvondoçuları "Swiss Open 2025" turnirində uğurlu çıxış ediblər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью