III MDB Oyunları: 5 samboçumuz finalda

29.09.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib.

Globalinfo.az bildirir ki, Abdullətif Musayev (53 kq), Rustəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Rəsul Səmədli (+98 kq) və Əbubəkir Hüseynov (98 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.

Yarımfinalda uduzan Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) bürünc mükafat qazanmağa çalışacaq.

Görüşlər Göygöl Olimpiya İdman kompleksində keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью