Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları başa çatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, sonuncudan əvvəlki gündə 4 idman növü üzrə yarışlar keçiriləcək.
Şəkidə çövkən üzrə final matçı baş tutacaq. Qızıl medal uğrunda həlledici qarşılaşmada Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.
Sözügedən şəhərdə həmçinin, bədii gimnastika yarışları davam edəcək.
Gəncədə də iki idman növü üzrə medalçılar bəlli olacaq. Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışın qalibləri müəyyənləşəcək. Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarında mükafatçılarının adlarına aydınlıq gələcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.