III MDB Oyunları: Azərbaycanın üç boksçusu yarışlara qələbə ilə başlayıb

29.09.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində  boks yarışları başlayıb.

Azərbaycanlı boksçu Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.

Digər boksçumuz Cəmilə Muradlı da (54 kq) Niqora Yusupovaya (Tacikistan) qalib gəlib və yarımfinala çıxıb.

63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Boqdan Şaşlıkova (Belarus) qalib gəlib (3:2) və yarımfinala yüksəlib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью