III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub

04.10.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Bu gün III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub.

Görüş Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya Azərbaycan və Rusiya yığma komandaları çıxıblar. Bu qarşılaşmada isə 3:0 hesabı ilə Rusiya yığması qalib gəlib.

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.

4 oktyabr 
Belarus - Özbəkistan 3:1 (25:19, 25:23, 16:25, 25:20)
Azərbaycan - Rusiya 0:3 (17:25, 20:25, 16:25)

Yığmamızdan qələbə ilə start III MDB Oyunları: Voleybol yarışlarının təqvimi açıqlanıb Voleybol üzrə Yüksək Liqaların yeni mövsümünün püşkü atılıb - FOTO Bakı təmsilçisindən yeni transfer “Murov Az Terminal"da yeni müqavilə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью