III MDB Oyunları üçün rəsmi onlayn platforma istifadəyə verildi

23.04.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına dair bütün məlumatları əhatə edən rəsmi internet səhifəsi – www.ciagames2025.com ictimaiyyətin ixtiyarına verilib.

Apasport.az xəbər verir ki, yeni platformada istifadəçilər turnirlə bağlı hazırlıq mərhələləri, yarışların vaxt cədvəli, idman arenaları, həmçinin media və könüllü qeydiyyatı ilə bağlı məlumatları izləyə biləcəklər.

Xatırladaq ki, bu mötəbər idman tədbiri 28 sentyabrdan 8 oktyabra qədər Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə baş tutacaq.

Yelkənçilərimiz Sloveniyaya yollanıblar Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsinə start verilib Təmsilçilərimizdən 5 medal Azərbaycan millisi dünya birinciliyində mübarizəni dayandırıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью