III MDB Oyunları: Üzgüçülərimiz 1 qızıl və 1 bürünc medal qazandı

02.10.2025

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan III MDB Oyunlarında daha iki medal qazanıb.

Qaynarinfo xəbəri verir ki, Anastassiya Gnussina bürünc mükafata sahib çıxıb. O, 1500 metr məsafəyə sərbəst üsulla üzmədə üçüncü yeri tutub. Rusiyalı Anastasiia Chernyshova birinci, onun həmyerlisi Valeriia Brazhnichenko ikinci olub.

Üzgüçü Süleyman İsmayılzadə isə birinci yeri tutub. O, 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayıb.

Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью