III MDB Oyunlarında batut gimnastikası üzrə yarışlar başlayıb

01.10.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəki, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, bu gün Şəki şəhərində batut gimnastikası üzrə yarışlara start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan) 45 idmançı mübarizə aparır.

Yarışın ilk günündə qadın və kişi gimnastlar təsnifat mərhələsində çıxış edirlər. İdmançılar fərdi proqramda bacarıqlarını nümayiş etdirirər.

Batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью