Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 iyul, AZƏRTACAzərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, yarışlarda 8 ölkədən 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək.Azərbaycanı 349, Rusiyanı 263, Qazaxıstanı 259, Özbəkistanı 257, Belarusu 255, Tacikistanı 202, Türkmənistanı 170, Qırğızıstanı isə 85 idmançının təmsil edəcəyi dəqiqləşib.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Yarışlar 12 idman məkanında keçiriləcək.Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.