III MDB Oyunlarının medal sıralaması: Belarus ikinci pilləyə yüksəlib

04.10.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Apasport.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 116 (73-27-16) medalla liderdir.

Belarus 63 medalla ikinci pillədə qərarlaşıb: 15 qızıl, 20 gümüş və 28 bürünc medal. Üçüncü yerdə isə Azərbaycandır – 83 (13-27-43) medal.
Bu günə qədər III MDB Oyunlarında 8 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.

Süleyman İsmayılzadə: “Qızıl medalla qayıdacağıma söz vermişdim” Üzgüçülərimiz MDB Oyunlarını 13 medalla başa vurub III MDB Oyunları: Azərbaycanlı üzgüçü qızıl medal qazandı   III MDB Oyunlarının yeddinci günü: 8 idman növü üzrə yarışlar keçiriləcək Fərid Fərhadzadə: “IRONMAN 70.3 BAKU” əsl idman bayramına çevriləcək”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью