III qrup üzrə keçid ballarını açıqlandı

13.08.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinə qəbulda ən gərgin müsabiqə vəziyyəti ənənəvi olaraq III ixtisas qrupunda müşahidə olunur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.

DİM sədri üçüncü qrupda ümumi plan yerlərinin sayının 15 mindən çox olduğunu bildirib. Onun sözlərinə görə, burada dövlət sifarişli, yəni ödənişsiz yerlərin payı olduqca azdır - plan yerlərinin cəmi 26 faizini təşkil edir. Bu qrupun fərqli altqruplarında vəziyyət dəyişsə də, ümumilikdə hər birində kifayət qədər yüksək müsabiqə şəraiti yaranıb".

M.Abbaszadə abituriyentlərin ən çox maraqlandığı keçid ballarının builki dinamikasına da toxunub:

"Ötən illə müqayisədə bu il 600-dən yuxarı bal toplayanların keçid balı təxminən 10 bal aşağı düşə bilər. 400-dən yuxarı nəticə göstərənlər üçün vəziyyət ötən ilin səviyyəsində qalacaq. Lakin aşağı intervalda, yəni nisbətən az bal toplayanlar arasında rəqabət böyük olduğundan balların artacağı gözlənilir. 150 bal toplayanlara və subbakalavrlara şans qalacağına inanmıram".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью