III Şuşa Qlobal Media Forumu çərçivəsində media savadlılığına dair panel keçirilib YENİLƏN…
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” paneli keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paneldə çıxışında media savadlılığının daha da artırılmalı olduğunu bildirib.
Hikmət Hacıyev qeyd edib ki, media savadlılığının, o cümlədən sosial media savadlılığının artırılması xüsusilə uşaqlar və məktəblilər arasında çox vacibdir.
Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi qeyd edib ki, əvvəllər yalnız qəzet və televiziya var idi, lakin indi informasiya mühiti xeyli genişlənib: “Sosial mediada müxtəlif məlumatlar yayılır və biz başa düşməliyik ki, bu məlumatları necə qəbul etməli və onlardan necə istifadə etməliyik.
Media savadlılığı dezinformasiya ə düzgün məlumatların seçilməsini özündə ehtiva edir”.
“Qazcontent” ASC İdarə Heyətinin sədri Aina Zadabek nəzərə çatdırıb ki, Qazaxıstanda süni intellektlə bağlı yeni bir mərkəz açılır.
Məqsəd 1 milyondan çox insanı süni intellekt barədə məlumatlandırmaqdır: “Əgər süni intellektdən məharətlə istifadə edə bilsək, bu, çox gözəl nəticələr verəcək.
Tam oxu
Xəbəri oxu