Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ilin iyulunda tarixi Şuşa şəhərində keçirilən "III Qlobal Media Forumu" informasiya cəbhəsində qlobal mübarizənin intensivləşdiyi, süni intellektin və rəqəmsallaşmanın media sferasını sürətlə dəyişdirdiyi bir dövrdə baş tutdu.
"Yeni media dövrü: İnsanlıq, dəyərlər, dövlətlər üçün çağırışlar" şüarı ilə təşkil olunan forum, sadəcə jurnalistlərin toplaşdığı bir tədbir deyil, həm də müasir dünyanın geosiyasi, texnoloji və ideoloji dilemmlarının müzakirə olunduğu qlobal platformaya çevrildi.
Cənab Prezident İlham Əliyevin Forumda iştirakı və jurnalistlərin suallarını birbaşa cavablandırması, tədbiri diplomatik və analitik baxımdan daha da əhəmiyyətli etdi.
Forumun əsas məqsədi və mahiyyəti məqsədi informasiya təhlükəsizliyi, qlobal media çağırışları, yeni nəsil texnologiyaların mediaya təsiri, söz və məlumat azadlığı kimi mövzular ətrafında beynəlxalq fikir mübadiləsi aparmaq və Azərbaycanın bu sahədə təşəbbüskar mövqeyini dünyaya nümayiş etdirmək idi.
Şuşada bu cür mötəbər beynəlxalq tədbirin keçirilməsi, Azərbaycanın həm də mədəni və informasiya diplomatiyasında aktiv oyunçuya çevrildiyini göstərdi.
İştirakçıların coğrafiyası və tədbirin beynəlxalq çəkisi isə xüsusi ilə diqqəti çəkdi.
Beləki Forumda 50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi iştirak etdi.